İsmayıl Kartal: "Təkmilləşdirilməli olduğumuz məqamlar var"

İsmayıl Kartal: "Təkmilləşdirilməli olduğumuz məqamlar var"

"Fənərbağça"nın baş məşqçisi İsmayıl Kartal "Konyaspor" üzərindəki qələbədən sonra açıqlama verib.

Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS" yayıb.

İsmayıl Kartalın fikirləri belədir:

"Bu axşam qələbə qazandığımız üçün çox şadıq. Daha vacibi isə, futbolçularımın göstərdiyi reaksiya həlledici idi. Buraxdığımız qolları təhlil edəcəyik. Təkmilləşdirilməli olduğumuz məqamlar var. Hələ yolun başındayıq. İnanıram ki, bu məsələləri həll etdikcə daha da yaxşılaşacağıq. Bunlar etməli olduğumuz işlərdir. "Fənərbağça"da hədəflərimiz bəllidir. İnkişafımızı davam etdirmək və mövsümün sonunda xoş bir nəticə əldə etmək istəyirik".

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər