İreniuş Mamrot: "Kəpəz" bizim üşün asan rəqib oldu"

İreniuş Mamrot: "Kəpəz" bizim üşün asan rəqib oldu"

"Birinci hissədəki oyunumuzu daha çox bəyəndim. Nəticəni bir kənara qoysaq belə, meydanda istədiyimizi etdik”. Fanat.Az saytı xəbər verir ki, bunu "Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib.

 

Polşa komandası Antalyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində "Kəpəz”lə sınaq matçına çıxıb və 8:1 hesablı darmadağına imza atıb. Oyunla bağlı fikirlərini klubun rəsmi saytına bölüşən Mamrot "Kəpəz”in zəif rəqib olduğunu söyləyib:

 

"İkinci hissədə müəyyən çatışmazlıqlar oldu. Yenə topa daha çox yiyələnirdik. Ancaq birinci hissədəki kimi, üstün futbol sərgiləmədik. Çox az təhlükəli hücumlar etdik. Rəqib isə iki dəfə bizə həyəcan yaşatdı və son dəqiqələrdə qol vurdu. Hətta belə hesabla qələbə qazandığımız matçda belə, bu səhvə yol verməməliydik. Ümumilikdə isə oyun ürəyimcə oldu. Əvvəlki yoxlama matçları ilə müqayisədə bu dəfə bizim üçün daha asan oldu. Qarşıdakı iki oyunda daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Hər şeyi həmin matçlarda daha yaxşı görəcəyik. Hesab edirəm ki, oyunumuzun səviyyəsi getdikcə yüksələcək”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər