İntizam Komitəsi "Kəpəz"i cəzalandırdı

İntizam Komitəsi "Kəpəz"i cəzalandırdı
AFFA İntizam Komitəsi "Kəpəz" klubunu cəzalandırıb. 
Fanat.Az xəbər verir ki, buna "Qəbələ" ilə Topaz Premyer Liqasının XIX tur matçından sonra yerli azarkeşlərin qonaq komandanın avtobusunun şüşələrini sındırmasıdır. Bu hadisə "qırmızı-qaralar"ın Gəncə şəhər stadionunun ərazisini tərk etdikləri vaxt baş verib. 
"Kəpəz” klubu "Qəbələ"nin təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib. Bundan başqa Gəncə klubu qonaq komandaya dəymiş ziyana uyğun olaraq təqdim ediləcək hesab əsasında ödəniş edəcək. 
Qeyd edək ki, oyun "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər