İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

Ötən həftə I Liqa təmsilçisi "Cəbrayıl"ın satıldığı, yeni rəhbərliyin komandanı Elman Sultanova tapşırdığı haqda məlumat yayılmışdı. Həqiqətən də 10 gün əvvəl hazırlığa başlayan bölgə təmsilçisini məhz o, məşqə çıxarmışdı. Ancaq "Cəbrayıl" növbəti dəfə "əl dəyişdirib". 

Bununla bağlı Fanat.Az-a maraqlı məlumat daxil olub.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, təsisçisi Cavid Hüseynov, prezidenti isə Şahin Məmmədov olan "Cəbrayıl"ın rəhbərliyi ilk təklifi geri çevirərək, klubu "Kəpəz"dən tanıdığımız İlqar Nadiriyə satıblar. Komanda Gəncəni təmsil edəcək və "Gəncəbasar" adlanacaq. 

Məsələyə İlqar Nadirinin özü ilə aydınlıq gətirməyə çalışdıq: "Açığı, belə bir variant gündəmdədir. Amma hələ ortada rəsmi nəsə yoxdur. Gələn həftə dəqiqləşəcək. Bu üzdən detallarla bağlı ətraflı məlumat verə bilməyəcəyəm. Yaxşı olar ki, gələn həftə danışaq".

Göründüyü kimi, "Cəbrayıl"ın "Gəncəbasar" adı ilə çıxış etməsi masadadır.

Qeyd edək ki, "Cəbrayıl" I Liqada ötən mövsümü 8-ci yerdə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər