İbrahim Qədirzadə: “Kəpəz”sevərləri çempionluq arzusuna çatdıracağıq”

İbrahim Qədirzadə: “Kəpəz”sevərləri çempionluq arzusuna çatdıracağıq”

"Kəpəz”in yeni transferlərindən olan İbrahim Qədirzadə komanda seçimində Gəncə təmsilçisinə niyə üstünlük verməsinə aydınlıq gətirib. 

Fanat.Az xəbər verir ki, futbolçu klubun mətbuat xidmətinə açıqlamasında belə deyib: “Bir çox klublardan təklif vardı, üstünlüyü “Kəpəz”ə verməyim bu komandanın tarixi köklərə, böyük ənənələrə malik olması ilə bağlıdır. Gəncə kollektivi həmişə iddialılar sırasında olub, titullar qazanıb. Gələcəkdə Premyer Liqada oynamaq istəyim də “Kəpəz”ə keçidimə rəvac verdi. “Xəzər Lənkəran”ın heyətində elitada oynamışam. “Kəpəz”də Premyer Liqaya iddialı heyət yığılıb, yaxşı kollektiv formalaşdırılıb. İstədiyimiz çempionluqdur, inşallah, buna da nail olarıq”.

Son mövsümü legioner kimi Gürcüstanda keçirmiş Qədirzadə azarkeşlərə ismarıc da göndərib: “Gəncə azarkeşləri haqda həmişə yaxşı sözlər deyilib, elə məndə yüksək fikirlər söyləyə bilərəm. Azərbaycanda iki böyük fanat ordusu varsa, biri Gəncədə, digəri Lənkərandadır. “Kəpəz”sevərləri çempionluq arzusuna çatdıracağıq. Bizə böyük etimad bəsləyən azarkeşlərə, baş məşqçimizə və klub rəhbərliyinə nəticəmizlə qarşılıq verməliyik”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər