Bu gün Azərbaycan I Liqasında mövsümə yekun vurulur.
Fanat.Az xəbər verir ki, Premyer Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin iştirakçısı məhz sonuncu - 27-ci turda bəlli olacaq.
Binədə baş tutacaq “Zaqatala” – “Şəfa” matçı çempion olan paytaxt təmsilçisinin mükafatlandırılması baxımından əlamətdar olacaq.
Əvəzində digər iki oyunda pley-offa vəsiqənin taleyi müəyyənləşəcək. Şansını saxlayan "Baku Sportinq" Şamaxıda "Şahdağ Qusar"ı yenməyə və daha sonra digər matçın nəticəsini gözləməyə məhkumdur. 2-ci yerin sahibinin müəyyənləşməsi “Mingəçevir” ilə “Səbail”in öz əlindədir. Bu gün Mingəçevirdə tərəflərdən hansı qalib gəlsə, Premyer Liqaya yüksəlmək şansını saxlayacaq.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə MOİK “Difai”ni 4:0, "Şimal" isə "Cəbrayıl"ı 3:2 hesabı ilə yenib.
Azərbaycan I Liqası 27-ci tur 22 may
15:30. “Zaqatala” – “Şəfa” Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Namiq Əliyev. Binə qəsəbə stadionu. 17:00. “Şahdağ Qusar” – “Baku Sportinq” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: İlham Əliyev. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 17:00. “Mingəçevir” – “Səbail” Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Asif Abdullayev, Şamil İmanzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Nəriman Axundov. Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).
