Həkimlər "Kəpəz"in futbolçusunu meydana qaytara bilmədilər

Həkimlər "Kəpəz"in futbolçusunu meydana qaytara bilmədilər

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində Gəncədə keçirilən "Kəpəz" - "Səbail" matçında meydan sahibləri itki ilə üzləşib. 

Fanat.Az xəbər verir ki, Elmir Tağıyev oyunun 60-cı dəqiqəsində rəqib futbolçu ilə hava mübarizəsində üz nahiyyəsindən zərbə alıb. 

Beləliklə, ikinci hissənin startında əvəzetmədən oyuna qoşulan yarımmüdafiəçi cəmi 15 dəqiqə meydanda qala bilib və həkimlərin səyinə baxmayaraq, matçı davam etdirə bilməyib. 

Qeyd edək ki, hazırda son dəqiqələri oynanılan matçda "Səbail" 2:0 öndədir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər