"Gəncədə oynasaq, daha yaxşı nəticə qazanarıq" - "Kəpəz"in legioneri

"Gəncədə oynasaq, daha yaxşı nəticə qazanarıq" - "Kəpəz"in legioneri

“Kəpəz”in gürcüstanlı futbolçusu Mixeil Erqemlidze klubun mətbuat xidmətinə müsahibə verib.

Fanat.Az xəbər verir ki, 22 yaşlı hücumçu ilk oyunu, qolu və Gəncə haqda fikirlərini bölüşüb.

– Əvvəlcə çempionatdakı ilk oyunla bağlı fikirlərini öyrənmək istərdik… – “Zirə”yə qarşı oyun pis alınmadı. Fikrimcə, məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik, yalnız sonuncu dəqiqədən başqa. Hələ özümü daha yaxşı tərəfdən göstərmək imkanımız olacaq.

– Qələbə də qazana bilərdik, elə deyilmi? – Bəli, bəli. Mənim, Rauf Əliyevin fərqlənmək üçün imkanlarımız oldu. Hətta qol da vurduq, amma ofsayd olduğundan hesaba alınmadı.

– Sizin qolunuz baxımlı alındı. Oyundan əvvəl fərqlənəcəyinizi düşünmüşdüz? – Düzünü deyim ki, hə. Məşqçi və komanda yoldaşlarım oyundan əvvəl yaxşı motivasiya vermişdilər. Düşünürəm ki, qollarımın davamı olacaq.

– Növbəti oyun “Neftçi” ilə olacaq. – Ciddi hazırlaşmışıq, azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik. Bu oyunu tarixi derbi adlandırırlar və bilirəm ki, arada böyük prinsipiallıq var.

– Azarkeşlərdən söz düşmüşkən, onlar haqda nə deyə bilərsiz? – Azərbaycanda ən güclü azarkeş bizimkidir. Dəstəyə görə onlara minnətdarıq. Mehriban kollektimiz var. Hamı bir-birinə ailədə olduğu kimi diqqətli davranır.

– Gəncə necədir, xoşunuza gəlir? – Əla şəhərdir. İnsanları çox xeyirxahdırlar. Hələ harasa gedə bilməmişik. Mərkəzdəki parkda olmuşuq, xoşumuza gəldi.

– Doğma meydanda oynamamağımız sizə necə təsir edir? – Ev yox, səfər komandası kimi oynamaq məcburiyyətindəyik. Bu da pisdir. Əgər Gəncədə oynasaq, daha yaxşı nəticələr əldə edə bilərik.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər