Füzuli Məmmədovun "çərçivə"ni kimə etibar edəcəyi bilindi

Füzuli Məmmədovun "çərçivə"ni kimə etibar edəcəyi bilindi

1-ci Liqada növbəti mövsümün hazırlıqlarına gələn həftə başlamağı planlaşdıran "Şahdağ Qusar" yeni transfer reallaşdırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qusar təmsilçisi qapıçı Emil Həbibovla anlaşıb.

"Sabah"ın yetirməsi olan 21 yaşlı qolkiper son mövsümü 1-ci Liqanın digər təmsilçisi "Cəbrayıl"da keçirib. O, sözügedən komandanın heyətində 14 matç keçirib. Həbibov daha əvvəl "Mingəçevir"də çıxış edib. 

Füzuli Məmmədovun baş məşqçisi olduğu şimal təmsilçisi daha üç transfer etməyi planlaşdırır. Onlardan birinin əcnəbi olacağı gözlənilir.

Xatırladaq ki, "Şahdağ Qusar" 1-ci Liqada ötən mövsümü 5-ci yerdə başa vurub. Növbəti birincilikdə çempionluğu hədəfləyən klub Elnur Abdullayevi baş məşqçi postundan kənarlaşdıraraq Füzuli Məmmədovla anlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər