Futbolçuların yeməyindən ölü siçan çıxdı - "Kəpəz"də biabırçılıq

Futbolçuların yeməyindən ölü siçan çıxdı - "Kəpəz"də biabırçılıq

Ötən gün Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb. Fanat.az sportal.az-a istinadən xəbər verir ki, "Kəpəz" futbolçuları gözlənilməz hadisə ilə üzləşib.

 

Belə ki, komandanın bazasında qalan futbolçular bazanın yeməkxanasında biabırçı halla üzləşib. Futbolçularının birinin yeməyindən ölü siçan çıxıb. Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Bunlardan birinin Ramil Haşımzadə olduğunu öyrənsək də, digər 3-nün adı məlum deyil. Məlumatda klubunun bazasında qalan futbolçular üçün heç bir şəraiti olmadığı və mətbəxdə insanlardan çox siçanların olduğu, yeməklərin isə bərbad vəziyyətdə olduğu bildirilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər