Fransada insident: "Fənərbağça"nın ulduzuna hücum çəkildi - VİDEO

Fransada insident: "Fənərbağça"nın ulduzuna hücum çəkildi - VİDEO

Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Fənərbağça" "Olimpik Lion"un qonağı olub.

Fanat.Az xəbər verir ki, İstanbul klubu 2:1 hesabı ilə qalib gələrək ÇL-in liqa mərhələsinə vəsiqə qazanıb.

Görüş başa çatdıqdan sonra insident yaşanıb. Türkiyə təmsilçisinin ulduzu Matteo Genduziyə əvvəlcə rəqib komandanın oyunçuları, daha sonra isə klubun nümayəndəsi olduğu bildirilən bir nəfər hücum edib.

Bu gərginlik tunelin qarşısında da davam edib. “Fənərbağça” və “Olimpik Lion”un digər futbolçuları da qalmaqala qoşulublar. Həmin videonu sizlərə təqdim edirik:

 

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər