FİFA son nöqtəni qoyan futbolçunu ən yaxşı seçdi

FİFA son nöqtəni qoyan futbolçunu ən yaxşı seçdi

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində baş tutan ABŞ - Bosniya və Herseqovina oyununun (2:0) ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, təşkilatçı ölkə millisinin heyətində Malik Tillman fərqləndirilib.

O, 82-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirən qola imza atıb.

İndiki mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Dünya çempionatı həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər