Əvəzedicilər Liqasının reqlamentində dəyişiklik ediləcək - Çempionat nə vaxt başlayacaq?

Əvəzedicilər Liqasının reqlamentində dəyişiklik ediləcək - Çempionat nə vaxt başlayacaq?

Azərbaycan çempionatlarında - Premyer Liqa, Birinci Liqa və İkinci Liqada növbəti mövsümün startı tarixləri bilinir. Amma Əvəzedicilər Liqası ilə bağlı qeyri-müəyyənlik davam edir. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, yubanmaya səbəb "dubl"ların yarışında mümkün reqlament dəyişiklikləri ilə bağlıdır. 

Yeni limitin tətbiqi gözlənilir. Yaşla bağlı da məcburi dəyişikliklər olacaq. Bunun daha çox 2006-2008-ci il təvəllüdlülərə tətbiqi nəzərdə tutulur ki, limit ölkəmizdə keçiriləcək U-20 dünya çempionatı zamanı millimizə geniş seçim qazandırmağa xidmət edəcək. 

Əvəzedicilər Liqasının nə vaxt başlayacağı barədə Peşəkar Futbol Liqasına sorğu göndərdik. Qurumdan bildirildi ki: "Əvəzedicilər Liqası ilə bağlı hazırda mümkün ən yaxşı variantların müzakirəsi aparılır. Bununla bağlı yaxın günlərdə daha  ətraflı məlumat veriləcək".

Xatırladaq ki, Əvəzedicilər Liqasının son qalibi "Sabah-2" olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər