Elxan Səmədov yenidən PFL prezidenti seçildi

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

Bu gün Peşəkar Futbol Liqasının (PFL) ümumi yığıncağı keçirilib.

Fanat.Az xəbər verir ki, "Holiday İn Baku" hotelində baş tutan tədbirin gündəliyində qurumun hesabatının dinlənilməsi, icra orqanının seçilməsi və digər məsələlərin müzakirəsi reallaşıb. 

Azərbaycan Premyer Liqası, Birinci Liqa və İkinci Liqa təmsilçilərinin nümayəndələrinin iştirak etdiyi görüşdə klubların təklif və fikirləri dinlənilib.

Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Yeganə namizəd olan Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Qeyd edək ki, PFL-in hazırkı prezidenti Elxan Səmədov 2022-ci ildə bu vəzifəyə seçilib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər