Elmar Əliyev "Kəpəz"dən ayrıldı: "Mənim yox, sizin sonunuzdur"

Elmar Əliyev "Kəpəz"dən ayrıldı: "Mənim yox, sizin sonunuzdur"

"Kəpəz" klubunda ayrılıq yaşanıb. 

Fanat.Az xəbər verir ki, mühafizə xidmətinin rəisi olan Elmar Əliyev postundan uzaqlaşdırılıb. 

Bu barədə o, özünün "Facebook" səhifəsində məlumat paylaşıb. 

Daim klub rəhbərliyini müdafiə edən Əliyevin Gəncə təmsilçisindən narazı ayrıldığı paylaşımından hiss olunur: "Rəsmən "Kəpəz"dən ayrıldım. Ömrumun yarısını "Kəpəz" ucun fəda edən, kimlər üçün özünü ölumə atan... Bu da son. Mənim yox, sizin sonuzdur. Bu da şəhid qardaşına qoyulan hörmət. Ardı var, kimin kim olduğunu deyəcəyəm".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər