Əliyev FİFA referisinə çatdı - Hakimliyin mənzərəsi

Əliyev FİFA referisinə çatdı - Hakimliyin mənzərəsi

Misli Premyer Liqasında 2-ci tur geridə qalıb. Turda 4 oyun baş tutub. "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" matçları təxirə salınıb. Keçirilən 4 oyunda FİFA referilərindən heç biri iş başında olmayıb. Hakimlər Komitəsi milli dərəcəli hakimlərə güvənib. 

Fanat.Az-ın hesablamasına görə, 2-ci turda İnqilab Məmmədov, Rauf Cabarov, Rəşad Əhmədov və Əli Əliyev oyun idarə edib. Beləliklə, ilk iki turda 10 hakim təyinat almış olub.  Yeri gəlmişkən, 2026/27 mövsümü üçün 15 baş hakim təsdiqlənib ki, onlardan FİFA referisi Elçin Məsiyev, eləcə də Cavid Cəlilov, Nicat İsmayıllı, Kamranbəy Rəhimov və Vüqar Həsənli hələ "siftə" etməyib.

Cari turda hakimlər 17 vərəqədən istifadə ediblər. Bu həftə qırmızı vərəqə alan olmayıb. Beləliklə, 2 turun yekununda sarı vərəqə sayı 41-ə çatıb. Startda 1 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 42-yə bərabər olub. Bu da orta hesabla hər turda 21, hər oyunda 4,2 vərəqə deməkdir. 

Ədalət təmsilçiləri 2-ci turda 17 vərəqədən 6-sı meydan sahiblərinə, 11-i isə qonaq komandanın oyunçularına göstəriblər. İki turun yekununa görə, 1-i qırmızı olmaqla, 17 vərəqə meydan sahiblərinin, 25-i isə qonaq komandanın oyunçularının payına düşüb.

İkinci turda hakimlərdən Əli Əliyev o birilərdən çox əlini cibinə atıb. O, 6 vərəqədən istifadə edib. Beləliklə, gənc hakim vərəqə sayına görə FİFA referisi Kamal Umudluya çatıb.

Kamal Umudlu - 1 oyun

meydan sahibi    1 sarı    1 qırmızı qonaqlar    4    0 cəmi:    5   1

Əli Əliyev - 1 oyun

meydan sahibi    1          0  qonaqlar             5          0 cəmi:                  6          0

Rəşad Əhmədov - 1 oyun

meydan sahibi   2      0  qonaqlar            2      0 cəmi:                 4       0

İnqilab Məmmədov - 1 oyun

meydan sahibi 1   0 qonaqlar    3    0 cəmi:    4    0

Əliyar Ağayev - 1 oyun

meydan sahibi    2          0  qonaqlar             2          0 cəmi:                  4          0

Fərid Hacıyev - 1 oyun

meydan sahibi   2      0  qonaqlar            2      0 cəmi:                 4       0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  2    0 qonaqlar    2    0 cəmi:    4    0

Rəvan Həmzəzadə - 1 oyun

meydan sahibi    0    0 qonaqlar    4    0 cəmi:    4    0

Rauf Cabarov - 1 oyun

meydan sahibi 2   0 qonaqlar    1    0 cəmi:    3    0

Tural Qurbanov - 1 oyun

meydan sahibi 3   0 qonaqlar    0    0 cəmi:    3    0

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər