Dünya çempionatları tarixində yeni rekord qeydə alındı

Dünya çempionatları tarixində yeni rekord qeydə alındı

ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-da tamaşaçı rekordu qeydə alınıb.

Fanat.Az Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) saytına istinadən xəbər verir ki, rekord Almaniya - Ekvador matçında (1:2) qeydə alınıb. 

Sözügedən oyundan (80663 tamaşaçı qeydə alınıb) sonra açıqlanan rəqəmə əsasən, turnirin oyunlarını 3.605.357 azarkeş izləyib.

Əvvəlki rekord DÇ-1994-də qeydə alınmışdı. O zaman ABŞ-da keçirilən oyunları 3.587.538 tamaşaçı izləmişdi.

DÇ-2026 48 komandanın iştirak etdiyi ilk turnir kimi tarixə düşüb. DÇ-1994-də isə 24 komanda iştirak edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər