Dünya çempionatında 1/8 finalın 5 cütü müəyyənləşib

Dünya çempionatında 1/8 finalın 5 cütü müəyyənləşib

DÇ-2026-nın 1/16 final mərhələsində ABŞ-nin Bosniya və Herseqovinanı məğlub etməsi (2:0) ilə ilk pley-off səddini adlayan komandaların sayı 10-a çatıb.

Fanat.Az xəbər verir ki, bununla da 1/8 finalın 8 cütlüyündən 5-i müəyyənləşib.

Paraqvay - Fransa Kanada - Mərakeş ABŞ - Belçika Braziliya - Norveç Meksika - İngiltərə.

Maraqlı məqamdır ki, dünya çempionatına ev sahibliyi edən hər üç ölkə - ABŞ, Kanada və Meksika pley-offun ilk mərhələsini uğurla keçə biliblər.

Qalan 3 cütlüyün adına İspaniya – Avstriya, Portuqaliya – Xorvatiya, İsveçrə – Əlcəzair, Avstraliya – Misir, Argentina – Kabo Verde və Kolumbiya – Qana qarşılaşmalarından sonra aydınlıq gələcək.

Xatırladaq ki, iyunun 11-də start götürən dünya çempionatı iyulun 19-da başa çatacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər