Dünya çempionatı tarixində bir ilk yaşanacaq

Dünya çempionatı tarixində bir ilk yaşanacaq

DÇ-2026-nın Argentina - İspaniya finalı tarixdə ilklə yadda qalacaq.

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

FİFA-nın 1992-ci ildən tətbiq etdiyi dünya reytinqinin tarixində ilk dəfə olaraq reytinq cədvəlinin ilk iki pilləsində yer alan millilər dünya çempionatının finalında üz-üzə gələcəklər.

Eyni zamanda, dünya çempionatları tarixində ilk dəfə Avropa çempionu ilə Amerika Kubokunun son qalibi həlledici qarşılaşmada qüvvəsini sınayacaq. İspaniya 2024-cü ildə Avropa çempionu adını qazanıb, Argentina isə həmin il Amerika Kubokunun qalibi olub.

Xatırladaq ki, DÇ-2026-nın final oyunu iyulun 19-da keçiriləcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər