Doğum gününü qeyd edən Messi nə vaxta kimi futbol oynayacağını açıqladı

Doğum gününü qeyd edən Messi nə vaxta kimi futbol oynayacağını açıqladı

Argentina millisinin ulduz hücumçusu Lionel Messi jurnalistlərə gələcəyi ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, Leonun fikirlərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb: 

Hələ bir müddət də yüksək səviyyədə oynamağa davam etmək istəyirəm. Nə qədər ki, komandamın qələbələrinə töhfə verə bilirəm. Fiziki cəhətdən özümü yaxşı hiss etdiyim müddətcə oynamağa davam edəcəyəm. DÇ-2030-da iştirak? Bilmirəm. Məsələ burasındadır ki, hazırda bu barədə düşünmürəm. O qədər də irəlini düşünmürəm. Mən indiki zamanda yaşayıram". 

Xatırladaq ki, bu gün, 24 iyunda Lionel Messinin 39 yaşı tamam olur. 

Təcrübəli hücumçu hazırda davam edən dünya çempionatında iki oyunda 5 qol vurub. 

Argentina millisi qrup mərhələsinin son oyununda İordaniya ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər