Debütantdan daha 2 transfer - "21-lik" bəlli oldu

Debütantdan daha 2 transfer - "21-lik" bəlli oldu

Növbəti mövsüm 2-ci Liqada çıxış edəcək "Marafon" daha iki transfer reallaşdırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onlardan biri "Xankəndi"dən ayrılan qapıçı Qurban Məhərrəmov, digəri son klubu "Qaradağ Lökbatan" olan vinger Tofiq Nəsibovdur. 

Beləliklə, transferlərə "doymayan" debütant "21-liy"ini müəyyənləşdirib. 

Yeni transferlərlə birlikdə, növbəti mövsüm komandada çıxış edəcək futbloçular və onların nömrələri belədir: 

99. Şahin Zəkiyev  71. Qurban Məhərrəmov  4. Elşad Manafov  5  Emil Quluzadə  6. Pərviz Qaraxanov  7. Hüseyn Hüseynli  8. Elmar Rəhimov 10 Emin Quliyev 11. Mirmövsüm Canıyev  12. Xəyyam  Hüseynli  13. Elşad Əliyev 14. İlqar Ələkbərov  15. Nodar Məmmədov  17. Fərid Kərimzadə 19. Hüseyn Axundov 21. Novruz Məmmədov  29. Elşən Veysov  32. Elməddin Hüseynzadə  44. Ülvi İbazadə  70. Tofiq Nəsibov  77. Hakan Həsənov

Sabirabad təmsilçisi bu yay Premyer Liqa təcrübəsi olan futbolçulardan Novruz Məmmədov, Nodar Məmmədov, Pərviz Qaraxanov, Şahin Zəkiyev kimi oyunçularla güclənib.

Qeyd edək ki, "Marafon" Region Liqasının son finalçısıdır.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər