DÇ-2026: Türkiyə "qapını möhkəm çırpdı", Niderland inamlı qələbə qazandı

DÇ-2026: Türkiyə "qapını möhkəm çırpdı", Niderland inamlı qələbə qazandı

Dünya çempionatında 3-cü turun oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, daha iki qrupda qrup mərhələsinə yekun vurulub.

F qrupunda Yaponiya millisi ilə İsveç üz-üzə gəlib. Tərəflərdən heç biri qalib gələ bilməsə də, heç-heçə sayəsində hər ikisi pley-offa adlayıb. Asiyalılar qrupda 2-ci yeri tutublarsa, avropalılar 3-cü yerin sahibi kimi mübarizəni davam etdirmək şansı qazanıblar. Qrupun digər cütünün qarşılaşmasında isə Niderland Tunisi üstələyib və qrup birincisi kimi 1/16 finala adlayıb. 

D qrupunda Türkiyə millisi mundialda ilk qalibiyyətini əldə edib. Buna qədər DÇ ilə vidalaşacağı müəyyənləşən "ay-ulduzlular" "qapını möhkəm çırpıblar". Montellanın komandası son turda meydan sahibi ABŞ-ni son dəqiqə qolu ilə məğlub etməyi bacarıb.

DÇ-2026 3-cü tur 26 iyun

F qrupu

Yaponiya – İsveç 1:1 Qollar: Daydzen Maede, 56 - Elanqa, Antoni Elanqa, 62.

Tunis – Niderland 1:3 Qollar: Hazem Mastouri, 54 - Ellies Shiri, 2-öz qapısına. Brayan Brobbi, 7. Van Heke, 62.

D qrupu 

Paraqvay - Avstraliya 0:0

Türkiyə – ABŞ 3:2 Qollar: Arda Güler, 10. Barış Yılmaz, 31. Kaan Ayhan, 90+8 - Oston Trasti, 3. Sebastyan Berhalter, 49.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər