DÇ-2026: Son yarımfinalçılar müəyyənləşir

DÇ-2026: Son yarımfinalçılar müəyyənləşir

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gecə mundialda 1/4 final mərhələsinə yekun vurulacaq. 

Əvvəlcə İngiltərə millisi ilə dünya çempionatının sürpriz komandası sayılan Norveç üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 01:00-da start götürəcək. 

İkinci qarşılaşmada isə son dünya çempionu Argentina İsveçrəni sınağa çəkəcək. 1/4 finalın son oyunu Bakı vaxtı ilə 05:00-da başlayacaq.

Bu qarşılaşmalarda qalib gələn tərəflər iyulun 15-də yarımfinalda görüşəcəklər. İyulun 14-də keçiriləcək ilk yarımfinal matçında isə Fransa İspaniya ilə qarşılaşacaq. 

Xatırladaq ki, DÇ-2026-ya 19 iyulda yekun vurulacaq.

DÇ-2026 1/4 final  12 iyul

01:00. Norveç - İngiltərə Baş hakim: Kleman Tyürpen (Fransa). Mayami (ABŞ). "Hard Rok Stadium".

05:00. Argentina - İsveçrə Baş hakim: Joau Pedru Pineyru (Portuqaliya). Kanzas-Siti (ABŞ). "Errouhed Stadium".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər