DÇ-2026: Pley-offa yüksələn komandaların sayı 22-yə çatdı, 9 cüt müəyyənləşdi

DÇ-2026: Pley-offa yüksələn komandaların sayı 22-yə çatdı, 9 cüt müəyyənləşdi

Hazırda davam edən futbol üzrə dünya çempionatında 1/16 mərhələsinə vəsiqə qazanan 22 milli komanda bəlli olub.

Fanat.Az xəbər verir ki, Meksika, CAR, Braziliya, Mərakeş, Almaniya, Fil Dişi Sahili, Belçika, Misir, Fransa, Norveç, İsveçrə, Kanada, ABŞ, Avstraliya, Niderland, Yaponiya, İspaniya, Kabo-Verde, Argentina, Bosniya və Herseqovina, İsveç və Paraqvay yığmaları adlarını pley-offa yazdırıblar.

Artıq 1/16 finalda qarşılaşacaq 9 cüt də müəyyənləşib. CAR Kanada, Braziliya Yaponiya, Niderland Mərakeş, ABŞ Bosniya və Herseqovina, Almaniya Paraqvay, Fransa İsveç, Fil Dişi Sahili Norveç, Argentina Kabo-Verde və Avstraliya Misir ilə üz-üzə gələcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər