DÇ-2026: Meksika inamlı qələbə ilə növbəti mərhələdə

DÇ-2026: Meksika inamlı qələbə ilə növbəti mərhələdə

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir 1/8 finalçının adına aydınlıq gəlib. 

Fanat.Az xəbər verir ki, 1/16 final mərhələsində növbəti oyun keçirilib.

Meksika Ekvador ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada dünya çempionatının şərikli təşkilatçılarından olan meksikalılar inamlı qələbə qazanıblar.

Meksikanın növbəti rəqibi İngiltərə - Konqo DR cütünün güclüsü olacaq. 

Xatırladaq ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.

DÇ-2026 1/16 final

1 iyul

Meksika - Ekvador 2:0 Qollar: Xulian Kinyones, 22. Paul Ximenes, 31.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər