DÇ-2026: İspaniya Uruqvayı "evə göndərdi", Belçika 1/16-ə darmadağınla yüksəldi, İran isə...

DÇ-2026: İspaniya Uruqvayı "evə göndərdi", Belçika 1/16-ə darmadağınla yüksəldi, İran isə...

Futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialın növbəti oyun günündə daha iki qrupda 3-cü turun oyunlarına yekun vurulub.

H və G qrupunda pley-offa yüksələn komandalar müəyyənləşib. 

İspaniya Uruqvayı minimal hesabla məğlub edərək 1/16 finala qrup lideri kimi adlayıb. Amerikalılar isə mübarizəni dayandırmalı olublar. Debütant Kabo-Verde isə Səudiyyə Ərəbistanı ilə heç-heçəyə nail olaraq 2-ci yerin sahibi kimi pley-offa vəsiqə əldə edib.   G qrupunda İran Misirlə qarşılaşmada heç-heçəyə razılaşıb. Nəticədə "fironlar" qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə əldə edib. Cənub qonşumuz xal ehtiyatını 3-ə çatdırsa da, qrup üçüncüsü kimi pley-offa vəsiqə qazanıb-qazanmaması digər görüşlərin nəticəsindən asılı olacaq. Yeni Zellandiyaya böyük hesabla qalib gələn Belçika isə qrup mərhələsini lider başa vuraraq 1/16 finalda oynamaq şansı qazanıb.

Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyunda start götürüb və 19 iyulda yekunlaşacaq.

DÇ-2026 3-cü tur 27 iyun

H qrupu

Uruqvay - İspaniya 0:1 Qol: A.Baena, 42.

Kabo-Verde - Səudiyyə Ərəbistanı 0:0

G qrupu

Misir - İran 1:1 Qollar: M,Saber, 5 - R.Rezaian, 14.

Yeni Zelandiya - Belçika 1:5 Qollar: C.Elayja, 84 - L.Trossard, 28; 50. De Bröyne, 66. R.Lukaku, 86. Aleksis Salemakers, 90+4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər