DÇ-2026: İspaniya millisi Avstriyanı sınağa çəkir

DÇ-2026: İspaniya millisi Avstriyanı sınağa çəkir

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün növbəti oyun keçiriləcək.

Fanat.Az xəbər verir ki, Los Ancelesdə İspaniya yığması Avstriya seçməsi ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşün qalibi 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün güclüsünə rəqib olacaq.

Xatırladaq ki, DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.

DÇ-2026 1/16 final

2 iyul

23:00. İspaniya - Avstriya Baş hakim: Qlenn Nyberq (İsveç). Los Anceles (ABŞ). "Los Angeles Stadium". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər