DÇ-2026: İspaniya Belçika ilə qarşılaşır

DÇ-2026: İspaniya Belçika ilə qarşılaşır

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/4 final mərhələsinin daha bir oyunu keçiriləcək.

Son Avropa çempionu İspaniya Belçika ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Cütün qalibi yarımfinalda Fransa ilə qarşılaşacaq.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026 1/4 final 10 iyul

23:00. İspaniya - Belçika Baş hakim: Maykl Oliver (İngiltərə). Los Angeles (ABŞ). "Los Angeles Stadium". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər