DÇ-2026: Üçüncü tur başlayır

DÇ-2026: Üçüncü tur başlayır

Futbol üzrə 23-cü dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialda bu gün 3-cü tur start götürəcək. 

Turda qruplardakı görüşlər eyni vaxtda başlayacaq. 

Üçüncü tura B qrupundan start veriləcək. İsveçrə meydan sahiblərindən olan Kanada ilə, Bosniya və Herseqovina isə Qətər ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.    

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. 

DÇ-2026 3-cü tur 24 iyun

B qrupu

23:00. İsveçrə – Kanada  Baş hakim: Ramon Abatti (Braziliya). Vankuver (Kanada). "BC Place".

23.00. Bosniya və Herseqovina - Qətər  Baş hakim: Xesus Valensuela (Venesuela). Sietl. (ABŞ). "Lumen Field Stadium".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər