ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir oyun keçiriləcək.
Növbəti 1/8 finalçı Fil Dişi Sahili - Norveç matçında bəlli olacaq. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşma ABŞ-nin Texas ştatında - Arlinqton şəhərində baş tutacaq.
Cütün qalibi növbəti mərhələdə Braziliya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026 1/16 final 30 iyun
21:00. Fil Dişi Sahili - Norveç Baş hakim: Xesus Valensuela (Venesuela). Arlinqton (ABŞ). "AT&T Stadium".