DÇ-2026: Braziliya ilə Meksika növbəti mərhələyə darmadağınla yüksəldi

DÇ-2026: Braziliya ilə Meksika növbəti mərhələyə darmadağınla yüksəldi

Futbol üzrə 23-cü dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialda bu gün 3-cü turun növbəti oyunları keçirilib.

A və C qruplarında tura yekun vurulub. 

Çexiyanı "quru" hesabla üstələyən Meksika qrup mərhələsini maksimum nəticə və qol buraxmadan (6-0) lider başa vurub.  Cənubi Koreyanı minimal hesabla yenən Cənubi Afrika Respublikası isə pley-offa 2-ci yerin sahibi kimi yüksəlib. 

Braziliya da növbəti mərhələyə darmadağınla adlayıb. Karlo Ançelottinin komandası Şotlandiya ilə görüşdə 3 xalı 3 qolla qazanıb.  Mərakeşlə Haitinin görüşündə isə 6 qol qeydə alınıb. Birincilər inamlı qələbə qazanaraq C qrupunun ikincisi kimi 1/16 finala adlayıblar. 

DÇ-2026 3-cü tur 25 iyun

C qrupu

Mərakeş - Haiti 4:2 Qollar: Əşrəf Hakimi, 39. İsmael Saybari, 45+1. Sufiane Rahimi, 78. Gessime Yassini, 89 - Bono, 10-öz qapısına. Uilson İsidor, 43. 

Şotlandiya – Braziliya 0:3 Qollar: Vinisius Junior, 7; 45+3. Mateus Kunya, 60.

A qrupu

CAR – Cənubi Koreya 1:0 Qol: Tapelo Maseko, 63.

Çexiya – Meksika 0:3 Qollar: Çaves Qarsiya, 55. Junian Kinyones, 61. Alvaro Fiqaldo, 90+4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər