Bundestim dünya çempionatları tarixində ilk dəfə bu acını yaşadı

Bundestim dünya çempionatları tarixində ilk dəfə bu acını yaşadı

Almaniya milli komandası DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvay millisinə məğlub olub. 

Fanat.Az xəbər verir ki, əsas və əlavə vaxtda 1:1 hesablı heç-heçəyə razılaşan tərəflər arasında qalib penalti seriyasında müəyyənləşib. 

Paraqvaylılar standart zərbələrdə 4:3 hesabı ilə qalib gəliblər.

"Opta"-nın hesablamasına görə, Almaniya millisi tarixində ilk dəfə mundialda penalti seriyasında məğlub olub. 

Bundestimin indiyə qədərki penalti seriyaları:

DÇ-1982 (yarımfinal): Fransa - 8:7  DÇ-1986 (1/4 final): Meksika - 4:1 DÇ-1990 (yarımfinal): İngiltərə - 5:4 DÇ-2006 (1/4 final): Argentina - 5:3 DÇ-2026 (1/16 final): Paraqvay - 4:5

Avropa çempionatlarını nəzərə alsaq, almanlar 1976-cı ildən bu günə qədər - 50 il ərzində rəsmi yarışlarda penaltilər seriyasında uduzmamışdılar. Bundestim AÇ-1976-nın finalında (2:2) Çexoslovakiyaya "lotoreya"da uduzub (3:5).

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər