Bölgə təmsilçiləri Bakıda sülhə razılaşdılar

Bölgə təmsilçiləri Bakıda sülhə razılaşdılar

Növbəti mövsümün hazırlıqlarını Bakıda davam etdirən "Şirvan" yoxlama oyununda qüvvəsini sınayıb. 

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi İkinci Liqanın debütantı "Marafon"la qarşılaşıb. 

Keçmiş "Şəfa" stadionunun ehtiyat meydançasında baş tutan görüşdə qalib müəyyənləşməyib. Səhər saatlarında keçirilən oyunda qolsuz heç-heçə (0:0) qeydə alınıb.

Xatırladaq ki, "Şirvan" bundan əvvəl Bakıda 3 yoxlama oyunu keçirib. Region Liqasında çıxış edəcək "Təkan"ı 4:1 hesabı ilə məğlub edən şirvanlılar "Qaradağ Lökbatan"a 0:2 uduzub, "Difai" ilə bərabərə (2:2) qalıb. 

Qeyd edək ki, "Şirvan" 2-ci Liqada debüt etdiyi ötən mövsümü 4-cü yerdə başa vurub. Bölgə təmsilçisi 2026/27 mövsümündə mükafatçı yerlərdən birini tutmağı hədəfləyir. Klub yay dönəmində heyətini Amil Yunanov, Bəxtiyar Soltanov, Aqşin Paşayev, Kamran Qürbətov, Əmrah Bulud, Mehman Nəsirov, Qədir Həsənov, Nurlan İsayev və Novruz Rəhimov kimi futbolçularla güclənib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər