"Kəpəz" yeni futbolçu ilə güclənib.
Fanat.Az xəbər verir ki, məlumatı Gəncə təmsilçisinin mətbuat xidməti yayıb.
Klubun portuqaliyalı qapıçı İqor Rodriqesi heyətinə qatdığı bildirilib. Onunla cari mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qolkiperin son iş yeri ölkəsində “Feyrense” komandası olub. 28 yaşlı qapıçı Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya”da oynayıb.