Belçika millisi yola onunla davam edəcək

Belçika millisi yola onunla davam edəcək

Belçika millisinin yeni baş məşqçisi müəyyən olunub. 

Fanat.Az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 48 yaşlı Mark van Bommellə bütün detallar razılaşdırılıb.

Mənbənin iddiasına görə, tərəflər 2028-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə ilə bağlı razılığa gəliblər. Rəsmi açıqlama isə yaxın günlərdə veriləcək.

Qeyd edək ki, niderlandlı mütəxəssis son olaraq 2022-2024-cü illərdə "Antverpen"i çalışdırıb. Onun rəhbərliyi altında komanda Belçika çempionu, ölkə kubokunun və Superkubokun qalibi olub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər