Belçika millisi Rudi Qarsiya ilə bağlı qərarını verdi

Belçika millisi Rudi Qarsiya ilə bağlı qərarını verdi

Belçika millisi baş məşqçisiz qalıb.

Fanat.Az xəbər verir ki, Rudi Qarsiya ilə yollar ayrılıb. 

Belçika Futbol Assosiasiyasının mətbuat xidməti ayrılığı rəsmən açıqlayıb. Bildirilib ki, tərəflər arasında aparılan müzakirələr nəticəsində 10 gün sonra müqaviləsinin müddəti başa çatacaq mütəxəssislə yeni anlaşmaya ehtiyac duyulmayıb. 

Rudi Qarsiya 2025-ci ilin fevralından Belçika millisinin sükanı arxasında idi. O, ötən ilin əvvəlində bu postda Domeniko Tedeskonu əvəzləmişdi.

Xatırladaq ki, Belçika DÇ-2026-da 1/4 finala qədər irəliləyib. Sözügedən komandanın yarımfinala yolunu sonradan dünya çempionu olan İspaniya (2:1) kəsib. Belçika mundial ərzində İspaniyanın qapısına qol vura bilən yeganə komanda olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər