Azərbaycan millisinin üzvü bu klubla danışıq aparır - Təsdiqləndi

Azərbaycan millisinin üzvü bu klubla danışıq aparır - Təsdiqləndi

"Araz-Naxçıvan"dan ayrılan Bəxtiyar Həsənalızadə karyerasını digər Premyer Liqa təmsilçisi "İmişli"də davam etdirmək üzrədir. 

Bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazov Fanat.Az-a açıqlamasında bunu təsdiqləyib.

Gənc məşqçi milli üzvü ilə danışıq apardıqlarını və hələ rəsmi razılıq əldə olunmasa da, anlaşmağa yaxın olduqlarını bildirib.    Qeyd edək ki, "İmişli"ni 1-ci Liqadan Premyer Liqaya məhz Fərid Namazov çıxarıb. Ancaq ötən mövsüm elitada portuqaliyalı Jorje Kaşkilyanın rəhbərliyi altında debüt edən bölgə təmsilçisində yenidən baş məqşçi dəyişikliyi edilib, Namazov postuna qaytarılıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər