Azərbaycan Kuboku: Bu gün 1-ci təsnifat mərhələsinin daha 3 oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1-ci təsnifat mərhələsinin daha 3 oyunu keçiriləcək
Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən mərhələnin ikinci günündə daha üç matç baş tutacaq.
Günün ilk qarşılaşmasında "Difai" ilə "Zəngəzur" münasibətlərinə aydınlıq gətirəcəklər. Yarım saat gec başlayacaq digər iki oyunda isə "Marafon" Sabirabadda "Dinamo" ilə, "Şirvan" isə öz meydanında "Kür-Araz"ı qəbul edəcək.
Qeyd edək ki, ötən gün baş tutan açılış oyunlarında "Qaradağ Lökbatan" "Şəki"ni 12:0, "Ağstafa Gəncləri" isə "Şəmkir"i 5:1 hesabı ilə yenərək 2-ci təsnifat mərhələsinə yüksəlib.
1-ci mərhələyə sabah keçiriləcək "Ağdaş" - "Hypers" oyunu ilə yekun vurulacaq.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
8 oktyabr
14.00. “Difai” – “Zəngəzur”
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. "Palms Sports Futbol Mərkəzi" (IV meydança).
14.30. “Marafon” – “Dinamo”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Sabirabad. “Marafon Arena”.
14.30. “Şirvan” – “Kür-Araz”
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər