AZAL "Kəpəz"ə 7 qol vuran komandanı uddu - FOTOLAR

AZAL "Kəpəz"ə 7 qol vuran komandanı uddu - FOTOLAR
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan AZAL növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Tərlan Əhmədov yetirmələrini "Antalyaspor"la oyunda sınayıb.
Gərgin idman mübarizəsi və qarşılıqla hücumlar şəraitində keçən görüşdə AZAL rəqibini üstələyib. Maraqlıdı ki, bütün qollar penaltidən reallaşıb. AZAL-da Təmkin Xəlilzadə dubl edib. O, 18 və 85-ci dəqiqələrdə “nöqtə”dən dəqiq zərbə vurub. Elə rəqib də penaltidən fərqlənib. 55-ci dəqiqədə Zəki 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 
Qeyd edək ki, "Antalyaspor" klubu 1966-cı ildə yaradılıb. 48 yaşlı klubu 2010-cu ilin 20 iyulundan "Medical Park Antalyaspor" adlanır. AZAL-ın rəqibi 2000-ci ildə Türkiyə Kubokunda final oynayıb, 1982 və 1986-cı illərdə 1-ci liqanın çempionu adını qazanıb. "Antalyaspor" 2 dəfə İntertoto Kubokuna, 1 dəfə UEFA Kubokuna qatılıb. 2000/01 mövsümündə UEFA Kubokunun 1-ci mərhələsində "Kəpəz"ə rəqib olan Antalya təmsilçisi ölkəmizdə 2:0, Türkiyədə 5:0 hesablı qələbə qazanıb. 2013/14 mövsümündə Super Liqanın 17-ci pilləsini tutan "Antalyaspor" PTT 1-ci liqaya düşən komandaya Engin Korukır başçılıq edir. Türkiyə klubunun heyətində Braziliya, Kamerun, Nigeriya, Seneqal, Sloveniya, İngiltərə və İspaniyadan legionerlər çıxış edir. 
AZAL Bakıda tələbə yığmasını və "Rəvan"ı 3:0 hesabı ilə yenən AZAL "Neftçala"ya uduzub - 1:2. Boluda İran U-21-i ilə sülh bağlayan (2:2) "təyyarəçilər" "Mersin İdman Yurdu"nu udub (2:1), "Balıkesirspor"a uduzub (1:2).
Yoxlama oyunu
25 iyul
Antalyaspor (Türkiyə) - AZAL (Azərbaycan) 1:2
Qollar: Zəki, 55 - Təmkin Xəlilzadə, 18; 85.
AZAL: Ruslan Məcidov, Eltun Yaqublu (Novruz Məmmədov, 86), Oskar Klava, Laşa Kasradze, Şəhriyar Rəhimov, Asif Mirili, Luis Ramos, Təmkin Xəlilzadə, Tomi Kostadinov (Viktor İbekoyi, 63), Eduardo Konseysao Masiel, Freddi Mombonqo (Con Enrike Kordoba, 72). 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər