Argentinalı ulduz millidən getdi - Özü açıqladı

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

Müdafiəçi Nikolas Otamendi Argentina milli komandasından ayrıldığını açıqlayıb.

Fanat.Az xəbər verir kİ, "Ole" onun fikirlərini belə təqdim edib: 

“Əbədi olaraq özümlə aparacağım bir şey varsa, o da inanmaqdan əl çəkməyən, son saniyəyə qədər mübarizə aparan və bu rəngləri bütün qəlbi ilə qoruyan şəxslərlə birlikdə bu yolu qət etməyin qürurudur”.

38 yaşlı futbolçu DÇ-2026-da 4 oyun keçirib. O, Argentina millisində ümumilikdə 139 oyuna çıxaraq 8 qol vurub.

Xatırladaq ki, Otamendi Argentina ilə DÇ-2022-nin qalibi, həmçinin, 2 dəfə (2021, 2024) Amerika Kubokunun mükafatçısı olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər