Albaniyalı yarımmüdafiəçi "Kəpəz"də - RƏSMİ

Albaniyalı yarımmüdafiəçi "Kəpəz"də - RƏSMİ

"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

Fanat.Az klubun mətbuat ximətinə istinadən xəbər verir ki, albaniyalı Redon Mihana Gəncə təmsilçisinə keçib.

25 yaşlı futbolçu ilə 1+1 illik müqaviləyə imza atıb. Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.

Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev,  Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov və Lassana Ndiayeni də transfer edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər