"Kəpəz" son oyunda qələbə qazandı

"Kəpəz" son oyunda qələbə qazandı
Həftəsonu startı veriləcək çempionata hazırlaşan “Kəpəz” son yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda I divizionun son qalibi “Neftçala” ilə üz-üzə gəlib. 
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun saat 19.30-da başlayıb. Oyunu üstün keçirən gəncəlilər bunu hesabda da əks etdirib. "Kəpəz" hər hissədə bir qol vuraraq 2:0 hesabı ilə qalib gəlib. İlk yarıda Azad Kərimov fərqlənib. İkinci hissədə “Kəpəz”in digər yeni transferi olan ukraynalı hücumçu Aleksandr Sitnik dəqiq zərbə ilə diqqət çəkib.
Qeyd edək ki, “Neftçala”ya qarşı oyun "Kəpəz"in mövsüm öncəsi son hazırlıq matçı olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər