"Kəpəz" başladı

"Kəpəz" başladı

"Kəpəz" üç günlük istirahətdən sonra məşqləri bərpa edib. Fanat.az xəbər verir ki, “Ruslan-93” İdman Kompleksində məskunlaşan komanda hazırlıq prosesini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçir. Məşqlər hər gün saat 19.00-da başlayır.

Xatırladaq ki, “sarı-göylər” bundan öncə Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçib. Gəncə klubu qardaş ölkədə olduğu 10 gün ərzində həm də yoxlama oyunlarında qüvvəsini sınayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər