"Kəpəz"dən daha bir transfer

"Kəpəz"dən daha bir transfer
"Kəpəz" transfer çalışmalarını davam etdirir. Fanat.az хəbər verir ki, Gəncə klubu daha bir futbolçu ilə anlaşıb.
Belə ki, "Kəpəz" "Rəvan"dan ayrılan Tural Nərimanovla razılığa gəlib. Onunla bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi bundan əvvəl "Standard", "Karvan", "Neftçi", MOİK və AZAL klublarıda çıхış edib.
"Kəpəz" Turaldan əvaəl "Qəbələ"dən Bəxtiyar Soltanovla "Rəvan"dan Ceyhun Cavadovu transfer edib, "Qarabağ"dan Tərlan Quliyevlə Şəhriyar Əliyevi icarəyə götürüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər