17 yaşlı futbolçu “Kəpəz”in tarixinə düşdü

17 yaşlı futbolçu “Kəpəz”in tarixinə düşdü

I Divizionun 9-cu turu çərçivəsində keçirilən “Səbail-2” ilə oyun “Kəpəz”in yarımmüdafiəçisi Cavad Kərimov üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, 4:1 hesabıyla qalib gəldikləri bu oyunda dubl edən Kərimov Gəncə klubunun tarixinə düşüb.

Fasilədən sonra meydana çıxan yarımmüdafiəçi milli çempionatlarda “Kəpəz”in heyətində debüt oyununda iki qol vuran ən gənc futbolçu kimi yadda qalıb. Kərimov 17 yaş 130 günlüyündə buna nail olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər