1-ci Liqanın debütantında məşqçi dəyişikliyi reallaşdı

1-ci Liqanın debütantında məşqçi dəyişikliyi reallaşdı

Azərbaycan 1-ci Liqasının debütantı “Xankəndi”də məşqçi dəyişikliyi baş verib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Zaur Hacıyevin köməkçilərindən olan Elçin Sadıqov Qarabağ təmsilçisindən ayrılıb.

Qapıçılar üzrə məşqçi komandanı öz istəyi ilə tərk edib.

"Xankəndi" artıq ona əvəzləyici də tapıb. 1-ci Liqa təmsilçisi son iş yeri "Neftçi" İK olan Ruzi Qİyaslı ilə anlaşıb.

Xatırladaq ki, "Xankəndi" Azərbaycan 2-ci Liqasında 2025/26 mövsümünün qalibi olaraq 1-ci Liqaya vəsiqə qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər