"Zirə" autsayderə rəhm etmədi

"Zirə" autsayderə rəhm etmədi

Minifutbol üzrə Azərbaycan çempionatında XV turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə 4 görüş keçirilib.

Lider “Zirə” autsayderlər zonasında qərarlaşan “Atəşgah Suraxanı” ilə matçda çətinlik çəkməyib. Beləliklə, məğlubedilməz “Zirə” ardıcıl 15-ci qələbəsini qazanıb.

Liderlər qrupunda qərarlaşan “Odlar Yurdu” da turu 3 xalla başa vurub. 

Qeyd edək ki, turun “Turan” – “Aznur”, “Galaxy Baku” – “Abşeron”, “Veteran” – “Birbaşa Bakı” və “İnter” – “Siyəzən” oyunları bu gün keçiriləcək.

Minifutbol çempionatı XV tur

“Sumqayıt” – “Dirçəliş” 2:2 “Odlar Yurdu” – “Dinamo Gəncə” 8:4 “Zirə” – “Atəşgah Suraxanı” 6:1 “Real Bakı” – “Baku Fire” 6:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər