U-21 Qırğızıstanla üz-üzə

U-21 Qırğızıstanla üz-üzə

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, U-21 hazırlıq çərçivəsində ikinci oyununda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

“Sav” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu millimiz iyunun 6-da keçirilən ilk sınaq matçında Bəhreynə 3:0 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər