U-17-nin UEFA İnkişaf Turniri üçün heyəti açıqlandı

U-17-nin UEFA İnkişaf Turniri üçün heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 23-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.

Fanat.Az xəbər verir ki, U-17 aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. 

Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Milli komandanın 26 nəfərlik ilkin siyahısı bəlli olub. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.   U-17-yə dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:   1 Ülvi Abbaslı - Sumqayıt 2. Oqtay Mehrəliyev - Qarabağ 3. Əkbər Əhmədov - Sabah 4. Qüdrət Qarayev - Kəpəz 5. Ruslan Quliyev - Neftçi 6. Vaqif Nəbiyev - Qarabağ 7. Əbubəkir Abdullayev - Sabah 8. Roman Fərzəli - Qarabağ 9. Arda Əzizli - Qarabağ 10. Vaqif  Məmmədli - Sabah 11. Tunar Bayramov - Qarabağ 12. Nazim Əliyev - Srvena Zvezda (Serbiya) 13. Əhəd Hacızadə - Qarabağ 14. Yusif Orucəliyev - Qarabağ 15. Nihad Hüseynzadə - Sabah 16. Şikar Şikar - Neftçi 17. Firdovsi Şeydayev - Sabah 18. Nicat Əhmədzadə - Marcet (İspaniya) 19. Rəsul Balakişiyev - Marcet (İspaniya) 20. Ümid Əliyev - Hueska (İspaniya) 21. Amin İmanverdiyev - Osense (İspaniya) 22. Tunar Əsgərzadə - Qarabağ 23. Ömər Kosayev - Sumqayıt 24. Yusif Quliyev - Marcet (İspaniya) 25. Ruslan Əbilov - Sabah 26. Hikmət Mirzə - Nastik İdman Akademiyası (İspaniya)   25 aprel

14:30. Rusiya (U-17) – Azərbaycan (U-17) “Namıs” stadionu, BIIK İdman Kompleksi   27 aprel

14:30. Azərbaycan (U-17) – Qazaxıstan (U-17) “Namıs” stadionu, BIIK İdman Kompleksi   30 aprel

09:30. Pakistan (U-17) – Azərbaycan (U-17) “Namıs” stadionu, BIIK İdman Kompleksi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər