Türkiyədən əzmkar qələbə - VİDEO

Türkiyədən əzmkar qələbə - VİDEO

DÇ-2026-ya hazırlaşan Türkiyə millisi növbəti yoxlama oyununda qüvvəsini sınayıb. 

Fanat.Az xəbər verir ki, mundial ərəfəsində keçirilən son oyunda Vinçentso Montellanın komandası Venesuela ilə qarşılaşıb. 

ABŞ-nin Florida ştatında, “İnter Mayami” stadionunda baş tutan görüşdə "ay-ulduzlular" 2:1 hesabı ilə qalib gəliblər. Hesabı 13-cü dəqiqədə Gleiker Mendoza açsa da, qardaş ölkə təmsilçisi 44-cü dəqiqədə Barış Alper Yılmazın, 53-cü dəqiqədə Yunus Akgünün qolları ilə əzmkar qələbə qazanıb.

 

Xatırladaq ki, Türkiyə seçməsi D qrupunda ABŞ, Avstraliya və Paraqva ilə mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər